Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2020 11:03
Bakı. İlhamə İsabalayeva - Trend:
Tacikistanın Təhsil və Elm Nazirliyi 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə elan edilən təqaüd proqramı çərçivəsində tədris rus dilindədir.
Təqaüd proqramına müraciət etmək istəyən iddiaçılar Təhsil Nazirliyinin elektron ərizə sisteminə (https://www.app.htp.edu.az) müraciət etməlidirlər. Son müraciət tarixi 31 may 2020-ci ildir.