Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2020 11:21
Bakı. İlhamə İsabalayeva - Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Türkəncil kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı 3 qızılağac ağacının kəsildiyi və təbiətə 6400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Araşdırma zamanı ağacların Lənkəran rayonu, Türkəncil kənd sakini Saleh Rzayev tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanına göndərilib.