Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fənn olimpiadalarına hazırlaşmaq asanlaşacaq - Proqramlar əvvəlcədən portala yerləşdiriləcək

Fənn olimpiadalarına hazırlaşmaq asanlaşacaq - Proqramlar əvvəlcədən portala yerləşdiriləcək

Tarix: 29 May 2019 17:24

Bakı. İlhamə İsabalayeva - Trend:

Gələn ildən www.olimpiada.edu.az saytında hər bir fənn və hər bir yaş qrupu üzrə respublika fənn olimpiadalarının proqramları yerləşdiriləcək və şagirdlər ilin əvvəlindən artıq həmin proqramlar üzrə olimpiadalara hazırlaşa biləcəklər.

Trend-in məlumatına görə, bunu Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev bildirib.

Onun sözlərinə görə, bu il respublika fənn olimpiadalarının 274 qalibi olub ki, onların 127-si bölgə məktəblərinin payına düşüb. Onların arasında olimpiadada hətta qızıl, gümüş medal qazananlar da var.

F.Qarayev əlavə edib ki, hazırda 300-ə yaxın şagird Olimpiada Hazırlıq Mərkəzlərində dərslərə cəlb edilib. Gələcəkdə bu mərkəzlərin sayının artırılması üçün işlər aparılır.

İnstitutun şöbə müdiri hesab edir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası” olimpiada hərəkatına müsbət təsir edəcək. Bu qaydalara uyğun olaraq, beynəlxalq olimpiada qalibləri ali məktəblərin istənilən, respublika fənn olimpiada qalibləri isə qalib olduqları fənn üzrə ixtisaslara imtahansız qəbul oluna biləcəklər.

F.Qarayev qeyd edib ki, son illərdə respublika fənn olimpiada qalibərinin ali məktəblərə qəbul zamanı topladığı bal 640-650, riyaziyyat fənni üzrə olimpiada qaliblərinin topladığı bal isə hətta 690 bal olub.

O, şagirdlərin olimpiadanın rayon, şəhər mərhələsində iştirakı ilə bağlı heç bir məhdudiyyətin qoyulmadığını da söyləyib.


Etiketlər:  Fənn olimpiadalarına hazırlaşmaq asanlaşacaq Proqramlar əvvəlcədən portala yerləşdiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ