Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Lamborghini'' tibbi maskalar buraxacaq

''Lamborghini'' tibbi maskalar buraxacaq

Tarix: 1 Aprel 2020 03:54

Bakı. Trend:

İtaliyanın idman avtomobilləri istehsalçısı şirkəti "Automobili Lamborghini" Sant-Aqatadaki zavodunun emalatxanalarının bir hissəsində tibbi maskalar buraxılacağını bəyan edib.

Trend-in məlumatına görə, bu barədə şirkətin saytında xəbər verilib.

Tibbi qorunma vasitələri Bolonyadakı Sant Orsola-Malpigi xəstəxanası üçün emal ediləcək.

"Hər gün pandemiya ilə ön cərgələrdə döyüşdə olanlarla ittifaqda işləyərək və dəstəkləyərək bu müharibəyə qalib gələcəyik", - şirkətin baş direktoru Stefano Domenikale deyib.

Zavodun gündə 1000 maska və 200 digər qoruyucu vasitələr istehsal edəcəyi gözlənilir.


Etiketlər:  Lamborghini tibbi maskalar buraxacaq


RƏYLƏR