Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2019 00:36
"Spartak"ın yarımmüdafiəçisi Ayaz Quliyev Moskva klubunda qol hesabını açıb.
Qol.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Rusiya Premyer Liqasının 24-cü turunun "Yenisey"lə oyununda fərqlənib. 22 yaşlı oyunçu 2:0 hesabı ilə qalib gəldikləri matçda komandasının sonuncu qolunu vurub. Ayaz görüşün 83-cü dəqiqəsində rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Quliyev bir neçə gün öncə Moskvada amerikalı turistin burnunu sındırdığı üçün əvəzedici komandaya göndərilmiş, üzr istədikdən sonra isə əsas heyətə qaytarılmışdı.