Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2019 01:28
Bakı. Trend:
Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının 2018-2019 mövsümünün final qarşılaşması baş tutub.
Trend-in məlumatına görə, maraqlı qarşılaşmada iki ingilis komandası – “Çelsi” və “Arsenal” qarşılaşıb.
Oyun “Çelsi”nin böyük hesablı qələbəsi ilə yekunşalıb – 4:1. Hesabı matçın 49-cu dəqiqəsində Olivye Jiru açıb. Mauritsio Sarrinin komandasının ikinci qolunu 60-cı dəqiqədə Pedro vurub, cəmi 5 dəqiqə sonra Eden Azar “Arsenal”ın qapısına təyin olunmuş penaltinin reallaşdırıb və hesabda fərqi daha da artlrlb.
Qarşılaşmanın 69-cu dəqiqəsində İvobi “Arsenal”ın azarkeşlərini ümidləndirsədə, “Çelsi”nin belçikalı forvardı Azar 3 dəqiqə sonra özünün ikinci, komandasının isə dördüncü qolunu vuraraq bütün suallara cavab verib.
Beləliklə, “Çelsi” ikinci dəfə UEFA Avropa Liqasının qalibi olub. Turnirdə ilk qələbə sevincini komanda 2012-2013 mövsümündə Amsterdam finalında yaşayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin