Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moldova Dağlıq Qarabağda keçirilən qondarma "seçkiləri" qanunsuz sayır

Moldova Dağlıq Qarabağda keçirilən qondarma

Tarix: 1 Aprel 2020 20:27

Moldova Dağlıq Qarabağda keçirilən qondarma "seçkiləri" qanunsuz sayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, Xarici işlər və Avropaya inteqrasiya nazirliyi 31 mart 2020 tarixində Dağlıq Qarabağ bölgəsində keçirilən BMT-nin nizamnaməsi və Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüququn fundamental qayda və prinsiplərinə zidd olan qondarma "prezident və parlament seçkilərini" qanunsuz sayır.

Bu bölgədə münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün Dağlıq Qarabağ regionun xüsusi statusun müəyyənləşdirilməsi ilə bağlı ATƏT-in himayəsi altında danışıqlar prosesinin aparıldığını nəzərə alaraq, Moldova Respublikası bu qondarma seçkiləri tanımır.

Bu kontekstdə, Xarici işlər və Avropaya inteqrasiya nazirliyi Moldova Respublikasının beynəlxalq birlik, xüsusən ATƏT-in Minsk Qrupu və həmsədrləri tərəfindən Dağlıq Qarabağ bölgəsi ətrafında münaqişənin sülh və hərtərəfli siyasi həlli yolu istiqamətində Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə təsirli töhfə verə biləcək səylərini dəstəkləməyə hazır olduğunu bir daha təstiq edir.

Milli.Az


Etiketlər:  Moldova Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri qanunsuz sayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ