Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2019 10:02
Bakı. Sara İsrafilbəyova - Trend:
Bu günə qədər "Azəri-Çıraq-Günəşli" (AÇQ) yatağından 485 milyon ton neft və 158 milyard kubmetr təbii qaz hasil edilib.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirlən 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında deyib.
Nazir qeyd edib ki, AÇQ yatağında bu günə qədər yatırılan investisiyaların həcmi 36 milyard dollar təşkil edir.
P.Şahbazov, həmçinin vurğulayıb ki, Son 23 ildə ölkə iqtisadiyyatına təxminən 263 mlrd.dollar investisiya qoyulub ki,bunun 100,6 mlrd. dolları neft sektorunun payına düşür.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin