Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran parlamentinin sәdri koronavirusa yoluxub

İran parlamentinin sәdri koronavirusa yoluxub

Tarix: 2 Aprel 2020 19:48

Bakı. Elnur Bağışov - Trend:

İran parlamentinin sәdri Әli Laricani koronavirusa yoluxub.

Trend-in mәlumatına görә, bu barәdә İran parlamentinin ictimai әlaqәlәr şöbәsi mәlumat yayıb. Parlamentin sәdrindәn bir sıra simptomların müşahidә olunması ilә analiz götürülüb.

Mәlumata görә, Laricaninin analizinin nәticәsi pozitiv elan olunub. Hazırda parlamentin spikeri karantindәdir vә müalicә olunur.

Qeyd edәk ki, indiyәdәk İran parlamentinin 23 deputatının koronavirusa yoluxması tәsdiqlәnib vә 40 deputat yoluxmaqda şübhәli bilinir.

Əlavə edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək (2 aprel) 50 468 nəfərin koronavirusa yoluxduğunu, 3 160 nəfərin öldüyünü və 16 711 nəfərin sağaldığını təsdiqləyib.


Etiketlər:  İran parlamentinin sәdri koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ