Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İkardi PSJ-dən ayrılır

İkardi PSJ-dən ayrılır

Tarix: 3 Aprel 2020 14:38

PSJ-nin  futbolçusu Mauro İkardi komandadan ayrılmağa qərar verib.

Qol.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Müqavilə ilə “İnter”ə məxsus olan argentinalı hücumçunun mövsümün sonunda İtaliyaya qayıdacağı bildirilib.

Futbolçu və meneceri olan xanımı Vanda Naranın PSJ-nin idman direktoru Leonardo ilə görüşərək, qərarlarını söylədikləri  qeyd olunub.  Bundan sonra isə Paris klubu Milan təmsilçisi ilə İkardinin komandada qalması ilə bağlı danışıqları dayandırıb.

Qeyd edək ki, İkardi bu mövsüm Fransa Liqasında 20 matça çıxıb və 12 qol vurub.
 


Etiketlər:  İkardi dən ayrılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ