Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2020 14:36
Almaniya Futbol Liqası vəziyyəti nəzarətdə saxlayır. Qurumun prezidenti nümunəvi iş aparır.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu Almaniyanın "Bavariya" klubunun İdarə Heyətinin rəhbəri Karl-Hayns Rummenigge deyib.
O bildirib ki, Bundesliqa klubları koronavirus pandemiyası üzündən dayandırılan mövsümü davam etdirməyə hazırdır: "Hər şey harmonik və həmrəylik şəklindədir. Belə asan olmayan vaxtda güclülərin zəiflərə dəstək verməsi çox vacibdir. Biz kiçik klublara kömək etməyə çalışırıq. Almaniyada bütün klublar hətta iyunun 30-dan sonra olsa da, mövsümü davam etdirməyə razıdır".
Qeyd edək ki, UEFA mövsümü başa çatdırmaq üçün son tarix kimi avqustun 3-nü müəyyənləşdirib.