Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2020 19:12
Şirkət qlobal bazarın yenidən canlanacağına inanır
Xiaomi şirkəti "COVID 19" pandemiyasından sonra Çində smartfon satışını bərpa edəcək.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda məlumat yayan şirkət nümayəndələri bazarda canlanma olacağına inanırlar.
Məlum olduğu kimi, Çin Xalq Respublikası bu yaxınlarda ölkəsində koronavirus xəstəliyinin tamamilə sona çatdığını rəsmi şəkildə elan etdi. Şirkətin məlumatına əsasən, bu xəbərdən sonra Çin bazarı 80-90% canlanıb.
Qeyd edək ki, Xiaomi Çində mobil cihaz satışına may ayında başlayacaq.