Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2020 02:30
Hazırda bütün dünyada koronavirusa (COVID-19) xalq təbabəti ilə qalib gəlmək istəyənlər çoxdur. Bir müddət əvvəl zəncəfilin, daha sonra limonun koronavirusun dərmanı olması ilə bağlı fikirlər yayıldı.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məsələyə Ümumdünya Səhiyyə Təşkilatı da biganə qalmayıb.
Belə ki, qurumun Səhiyyədə Fövqəladə Hallar Proqramının icraçı direktoru Maykl Rayan bu barədə fikirlərini səsləndirib:
"Əgər xəstələnəndə bal, limon, zəncəfil kimi sevimli müalicə vasitələriniz varsa, tövsiyə edirəm ki, istifadə etməyə davam edin. Amma xahiş edirəm, gəlin, sübut olmadan bu vasitələrin COVID-19-u müalicə etməsi ilə bağlı fərziyyələr irəli sürməyək. Hazırda COVID-19-un sübut olunmuş müalicəsi yoxdur".