Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2020 17:12
"Yuventus" yarımmüdafiəçisi Miralem Pyaniçlə bağlı qərarını verib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, "qoca sinyora" 30 yaşlı futbolçunu satmağa hazırlaşır. Klub, Pyaniçi uyğun məbləğ qarşılığında göndərərək, heyətdəki sıxlığı azaltmağı planlaşdırır.
Turin klubu bosniya və herseqovinalı futbolçu üçün 50 milyon avro tələb edir.
Qeyd edək ki, 2016-cı ildən "Yuventus"un şərəfini qoruyan Pyaniçin klubla müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.