Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2020 19:26
"Real"ın baş məşqçisi Zinəddin Zidan "Reyncers"in çalışdırıcısı Stiven Cerrardı tərifləyib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis "goal.com"a açıqamasında "Liverpul"un sabiq kapitanını öz dövrünün ən yaxşı yarımmüdafiəçisi adlandırıb:
"Cerrardın dünyanın ən yaxşı yarımmüdafiəçisi olduğu bir vaxt var idi. Tamamilə hər şeyi bacaran yarımmüdafiəçilər çox azdır. Cerrard onlardan yalnız biri idi".
Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 1998-2015-ci illərdə "Liverpul"da çıxış edib və 710 oyunda iştirak edib, 186 qol vurub.