Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Milli həmrəylik Azərbaycanın minimal itkilərlə vəziyyətdən çıxmasına şərait yaradır''

''Milli həmrəylik Azərbaycanın minimal itkilərlə vəziyyətdən çıxmasına şərait yaradır''

Tarix: 7 Aprel 2020 12:26

Milli həmrəylik Azərbaycanın minimal itkilərlə vəziyyətdən çıxmasına şərait yaradır.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti koronavirusa qarşı həyata keçirdiyi unikal tədbirlərlə dünyaya öz təcrübəsini və standartlarını təqdim edir. Operativlik və sistemli yanaşma keyfiyyətlərini özündə ehtiva edən bu tədbirlər ölkə rəhbərliyinin siyasi iradəsindən güc alaraq uğurlu nəticələr verməkdədir:

"Elə buna görədir ki, koronavirusun bütün dünyada ağır fəsadlara yol açmasına baxmayaraq, Azərbaycanda vəziyyət tamamilə nəzarət altındadır. Prezident İlham Əliyevin vaxtında və müdrikcəsinə qəbul etdiyi qərarlar ölkəmizdə koronavirusun geniş vüsət almamasını şərtləndirən əsas amillərdən biridir. Mövcud imkanların vəhdəti, nümayiş etdirdiyimiz milli həmrəylik, habelə həkimlərimizin peşəkarlığı və gərgin əməyi Azərbaycanın minimal itkilərlə vəziyyətdən çıxmasına şərait yaradır. Bu proses bir daha onu sübut etdi ki, Azərbaycan xalqının bütün uğurlarının təməlində xalq-iqtidar birliyi dayanır".

E.Mirbəşir oğlu qeyd edib ki, Azərbaycanda insanların infeksiyaya yoluxmaması və sağlamlığının təmin edilməsi üçün dövlət tərəfindən bütün zəruri addımlar atılır. Bu baxımdan ölkəmizdə qısa müddət ərzində tibbi maska istehsal edən müəssisənin fəaliyyətə başlamasını təqdirəlayiq hal hesab etmək olar: "Nəzərə alaq ki, bu, həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını tam aradan qaldırır və gələcəkdə ölkəmizin ixrac potensialını artıra bilər. Bu, həm də onu göstərdi ki, Azərbaycandakı infrastruktur qısa müddət ərzində istehsalatın təşkil olunmasına imkan verəcək səviyyədədir. 5 aprel tarixindən etibarən ölkəmizdə hərəkətin məhdudlaşdırılması və bir sıra vacib qaydaların müəyyən olunması insanların təhlükəsizliyi naminə atılan addımlar silsiləsindəndir. Bütövlükdə karantin rejiminin tətbiq olunmasının yeganə məqsədi bu virusun Azərbaycanda geniş yayılmasının qarşısını almaqdır. Buna görə də insanlarımız bu çətin dönəmdə məsuliyyətini daha da artırmalı və qaydalara əməl etməklə özlərini, ailə üzvlərini, yaxınlarını bu xəstəlikdən qorumalıdırlar".

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan dövləti koronavirusla mübarizə çərçivəsində bir daha öz gücünü dünyaya nümayiş etdirdi:

"Bəşəriyyəti cənginə alan bir xəstəliyə qarşı effektiv mübarizə metodları ortaya qoymaqla qadir olduğumuz imkanları göstərdi. Güclü və iqtisadi baxımdan dayanıqlı dövlətlər üçün böhran həm də yeni imkandır. Azərbaycan dövləti qazandığı bu təcrübə ilə böhranlara qarşı immunitetini gücləndirərək özünü daha böyük qlobal təlatümlərdən siğortalamış olacaq".


Etiketlər:  Milli həmrəylik Azərbaycanın minimal itkilərlə vəziyyətdən çıxmasına şərait yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ