Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Deputat Arzu Nağıyev aztəminatlı, tənha yaşayan 50 ailəyə ərzaq yardımı edib - FOTO

Deputat Arzu Nağıyev aztəminatlı, tənha yaşayan 50 ailəyə ərzaq yardımı edib - FOTO

Tarix: 7 Aprel 2020 12:44

104 saylı Gədəbəy-Tovuz dairəsindən deputat seçilən Arzu Nağıyev aztəminatlı, tənha yaşayan 50 ailəyə ərzaq yardımı edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ərzaq yardımı köməkçilər tərəfindən ailələrə çatdırılıb.

Bundan başqa, millət vəkili müharibə veteranları, şəhid ailələri və digər seçicilərlə onlayn görüş həyata keçirib.

Seçicilərin fərdi və maddi problemləri dinlənilib və yerində həll edilib.

Eyni zamanda, millət vəkili seçicilərə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar maarifləndirici tövsiyələr verib.

Qeyd edək ki, Tovuz və Gədəbəy rayon İcra hakimiyyətləri koronavirusla əlaqədar keçirilən tədbirlər çərçivəsində 600 nəfərə, o cümlədən 50-yə yaxın tənha yaşayan şəxsə əlavə maddi yardım göstərib. İcra hakimiyyətlərinin əməkdaşları aylıq vəzifə maaşlarının bir hissəsini fonda köçürüblər. Rayondakı iş adamları çağırışlara qoşulub, eləcə də Tovuz Aqrokimya fonda 20 min manat vəsait köçürüb.

Rayon ərazisində koronavirus infeksiyasına yoluxmuş şəxslərin karantinə alınmış ailə üzvlərinin gündəlik ərzaq və digər ehtiyacları təmin olunur.

Xatırladaq ki, bundan əvvəl Prezident İlham Əliyevin çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna Trend Beynəlxalq İnformasiya Agentliyi 50 min, Day.az xəbər portalı 50 min manat vəsait köçürüb.

Bundan əlavə, deputat Arzu Nağıyev aylıq məvacibinin bir hissəsini fonda ianə edib.
Trend BİA rəhbərliyinin tövsiyəsi, Nabranda yerləşən otellərdən birinin təşəbbüsü ilə bir otel müvəqqəti olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın istifadəsinə verilib.

Milli.Az


Etiketlər:  Deputat Arzu Nağıyev aztəminatlı tənha yaşayan 50 ailəyə ərzaq yardımı edib FOTO


RƏYLƏR