Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Tarix: 7 Aprel 2020 16:40

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 656,4 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, kənd təsərrüfatı məhsullarının 629,0 milyon manatı heyvandarlıq, 27,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,6 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 12,7 faiz, heyvandarlıq məhsulları üzrə isə 3,2 faiz artıb.

Təsərrüfatlarda yanvar-fevral aylarında 31,6 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 15,7 faiz çox tərəvəz məhsulları istehsal edilib.

2020-ci ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 82,9 min ton ət, 309,7 min ton süd, 315,7 milyon ədəd yumurta istehsal edilib, 2019-cu ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,9 faiz, süd istehsalı 1,6 faiz, yumurta istehsalı 11,6 faiz artıb.


Etiketlər:  Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ