Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 20:00
Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkər həyat yoldaşının yanına qayıda bilmir.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "5/5" verilişində qonaq olarkən deyib. O bildirib ki, Türkiyəyə ərə verdiyi qızı Bakıda karantində qalıb:
"Yollar bağlanmazdan əvvəl gəlmişdi Bakıya. Sonra uçuşlar dayandırıldı. İndi Ülkər həyat yoldaşının yanına qayıda bilmir. Ürəyi partlayır. Deyirəm, heç elə bil bu evdə böyüməmisən, ananın yanındasan, niyə darıxırsan?
Çox insan yarından ayrı düşüb, sərhədlər bağlanıb. Mənim qızım da... İnşahllah, tezliklə bəla üstümüzdən gedər, ayrı düşənlər görüşər. Mənim Ülkərim də yarına qovuşar".
Qeyd edək ki, Ülkər Engin adlı Türkiyə vətəndaşına ərə gedib.