Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşsizlikdən sığorta ödənişinin verilməsi müddəti uzadılıb

İşsizlikdən sığorta ödənişinin verilməsi müddəti uzadılıb

Tarix: 7 Aprel 2020 21:52

Nazirlər Kabineti "Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında" qərar verib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, 2020-ci il 1 aprel tarixinə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi, habelə peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə verilən təqaüdün ödənişi Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.


Etiketlər:  İşsizlikdən sığorta ödənişinin verilməsi müddəti uzadılıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ