Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 22:38
Türkiyənin "Fənərbaxça" klubunun baş məşqçi postuna əsas namizəd müəyyənləşib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, fransalı Loran Blan İstanbul klubunun "sükanı arxası"na keçə bilər.
Bir müddət əvvəl Ərsun Yanalla yollarını ayıran "Fənərbaxça" axtarışlarını ölkə xaricində davam etdirir. 2016-cı ildən işsiz olan 54 yaşlı Blan isə bu posta ən uyğun variant hesab olunur.
Qeyd edək ki, Blan karyerası ərzində "Bordo", Fransa millisi və PSJ-ni çalışdırıb. O, Paris təmsilçisi ilə üç dəfə ölkə çempionu, eyni sayda Liqa kuboku qazanıb. 2 dəfə ölkə kuboku və 3 Superkuboka da yiyələnən Blan "Bordo"da da 4 titula yiyələnib. O, çempionluq, bir Liqa kuboku və iki Superkuboka sahib çıxıb.