Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Astaraçay” ixrac coğrafiyasını genişləndirməyi planlaşdırır

“Astaraçay” ixrac coğrafiyasını genişləndirməyi planlaşdırır

Tarix: 8 Aprel 2020 11:16

Bakı. Fidan Babayeva - Trend:

“Astaraçay” MMC AZPROMO-nun xətti ilə ixracı və xaricdə Azərbaycan ticarət evlərində məhsul satışını həyata keçirir.

Bunu Trend-ə şirkətin direktoru İlkin Ələkbərli deyib.

Onun sözlərinə görə, 2019-cu ildə Azərbaycan Küveyt, Latviya, Polşa və Qazaxıstana çay ixrac edib. Şirkət 2020-ci ildə ixrac coğrafiyasını genişləndirməyi planlaşdırır: “Azərbaycanda çay plantasiyalarının ümumi sahəsi 1140,5 hektardır. Onun 450 hektarı “Astaraçay”a məxsusdur. 2019-cu ildə şirkətin yaşıl yarpaq yığımı 120 tona bərabəra olub. Emaldan sonra 30 ton qara çay əldə olunub. Çay istehsalı üçün xammal Astara və Lənkəran rayonlarındakı plantasiyalarımızdan əldə olunur. “Astaraçay” MMC Azərbaycanda bu həcmdə çay istehsal edən yeganə şirkətdir. Əkin zamanı pestisid və herbisidlərdən, emal zamanı isə müxtəlif əlavələrdən istifadə olunmur. Çay yarpaqları ekoloji təmiz şəraitdə yetişdirilir”.

Direktor əlavə edib ki, “Astaraçay”ın məhsulları Azərbaycan ərazisindəki bütün şəbəkə mağazalarında satışdadır.


Etiketlər:  Astaraçay ixrac coğrafiyasını genişləndirməyi planlaşdırır


RƏYLƏR