Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2020 11:45
Bakı. Trend:
Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərindən biri də kütləvi tədbirlərin təxirə salınmasıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Trend-ə bildirilib ki, bununla əlaqədar nazirlik yanında İctimai şuranın yeni tərkibinin müəyyən edilməsi məqsədilə şuraya üzvlərin seçilməsi üçün 17 aprel 2020-ci il tarixində nəzərdə tutulan birgə yığıncağın keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb.
Birgə yığıncağın tarixi və digər məsələlərlə bağlı əlavə məlumat veriləcək.