Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp Meksika mallarına 5 faiz rüsum tətbiq edəcək

Tramp Meksika mallarına 5 faiz rüsum tətbiq edəcək

Tarix: 31 May 2019 06:56

Bakı. Trend:

ABŞ Meksikadan idxal edilən mallara iyunun 10-dan 5 faiz rüsum tətbiq edəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə öz "Twitter" hesabında ABŞ prezidenti Donald Tramp yazıb.

D.Tramp bildirib: "İyunun 10-dan ABŞ bütün Meksika mallarına bizim ölkəyə qeyri-leqal miqrant axınının qarşısı alınana qədər 5 faiz rüsum tətbiq edəcək. Tariflər qeyri-leqal miqrasiya problemi aradan qaldırılana qədər yavaş-yavaş artırılacaq. Bu halda bütün tariflər aradan qaldırılacaq".

Qeyd edək ki, hər il Meksikanın ərazisindən ABŞ-a yüzlərlə qeyri-leqal miqrant keçir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tramp Meksika mallarına faiz rüsum tətbiq edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ