Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2020 17:36
İsveçrənin “Bazel” klubunun futbolçuları koronavirusa görə məvaciblərinin azaldılmasına razı olmayıblar.
Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Bazel” rəhbərliyi futbolçulara illik məvaciblərinin 17,5 faiz azaldılmasını təklif etsə də, oyunçular bunu qəbul etməyib. Bu 17,5 faizə əsasən futbolçular aprel, may və iyun ayı ödənişlərini 70 faiz az alacaqdı. Rəhbərliyin yenidən futbolçularla müzakirələr aparacağı bildirilib.
Xatırladaq ki, artıq Avropanın bir sıra klubunda futbolçuların maaşları azaldılıb.