Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Windows 10 20H1 (2004) yenilənməsi kompüterləri sürətləndirəcək

Windows 10 20H1 (2004) yenilənməsi kompüterləri sürətləndirəcək

Tarix: 9 Aprel 2020 22:48

Microsoft şirkəti hər 6 aydan bir və ya belə dəsək ildə 2 dəfə Windows 10 üçün böyük yenilənmə paketləri yayımlayır. Hal-hazırda May ayında yayınlanması planlanan 20H1 və ya digər adıyla 2004 yenilənmə paketinin final versiyasında Microsoft, kompüterlərdəki yükü azaldıb sistemi sürətləndirəcək bəzi optimizasiyalar və alqoritmalar əlavə edib.

Windows 10 20H1, kompüterlərin prosessorlarına düşən yükü azaldaraq sistemin daha sürətli işləməsini təmin edəcək.

Windows 10 əməliyyat sistemində Windows Axtarış sistemi ( Windows Search ) arxaplanda işləyərək kompüterdə olan faylları indeksləyir ki, istifadəçi hansısa faylı axtaranda sürətli tapa bilsin. Bu proses bir xeyli ağır prosesor olduğu üçün prosessor və ram daimi olaraq istifadə edilir. Lakin Microsoft rəsmiləri bildirir ki, sistemə əlavə edəcəkləri yeni alqoritma bu ağırlığı azaldacaq. Beləki artıq kompüter yük altında işləyərkən bu proses avtomatik dayandıralacaq. 

Qısaca oyun oynayarkənrender edərkən və s. ağır işlərdə Windows Search sisteminin faylları indeksləməsi dayandırılacaq. Beləliklə sistem boşuna yorulmayacaq. Həmçinin 20H1 ilə Bluetooth cihazlar ilə işləmək də daha rahat olacaq.


Etiketlər:  Windows 20H1 2004 yenilənməsi kompüterləri sürətləndirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ