Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2020 12:14
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru Fuad Cavadov istefa verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, F. Cavadov öz istəyinə uyğun olaraq vəzifəsindən azad olunub.
Artıq Ədliyyə naziri Fikrət Məmmədov bu vəzifəyə təqdimat verib. Sözügedən vəzifə Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin keçmiş rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru İlqar Cəfərova həvalə edilib.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən qafqazinfo-ya məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, F. Cavadov eyni zamanda Mərkəzi Seçki Komissiyasının üzvüdür.