Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2020 14:15
Əməkdar artist Sevda Ələkbərzadə ötən gün "Sən yadıma düşəndə" adlı ifasını yenidən səsləndirərək sosial media hesabında yerləşdirib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi paylaşımında Xalq artisti Tünzalə Ağayevaya və koronavirusla bağlı mahnı oxuyan digər ifaçılara söz atıb:
"Biz sizə koronavirus haqqında mahnı oxumaq istəmədik, çünki o, buna layiq deyil. Evdə qalmaq haqqında da mahnı oxumaq istəmədik. Sadəcə, bu çətin günlərdə əhvalınızı yüksəltmək, evdə qaldığınız günləri bir qədər maraqlı etmək istədik. Hamınız mənim ifamda Elza İbrahimova və Dəmir Gədəbəylinin "Sən yadıma düşəndə" mahnısını çox sevirsiniz.
Ona görə əziz dostum, neçə illər birgə çalışdığım peşəkar pianoçu, tanınmış musiqiçilərlə dünya konsert səhnələrini paylaşan, hazırda Londonda yaşayan Əməkdar artist Elçin Şirinovla birgə bu mahnı ilə karantindəki günlərinizə rəng qatmaq istəyirik".