Tarix: 10 Aprel 2020 16:08
“Hazırda bizim üçün vacib olan üç məsələ var: əvvəlcə sağlamlıq, daha sonra futbol ictimaiyyətinə kömək etmək və bu vəziyyətdən necə çıxacağımıza dair düşüncələrimiz”.
Qol.az xəbər verir ki, bu sözləri “goal.com”a açıqlamasında FİFA prezidenti Canni İnfantino koronavirus pandemiyası səbəbindən dayandırılan turnirlərlə bağlı danışarkən deyib.
O, vəziyyətin bu cür davam edəcəyi halda çempionatların bərpa edilməyəcəyini bildirib:
“Vahid qərarlar verilməli, hamıya uyğun olmalı və hər kəsin fikri dinlənilməlidir. Heç bir oyun, liqa, turnir insan həyatından daha dəyərli deyil. Vəziyyət tam düzəlməsə, liqaları davam etdirmək məsuliyyətsizlikdən daha artığı olardı. Hazırda gözləmək bizim üçün daha yaxşı fürsətdir”.