Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Karantin tədbirlərinə zəif əməl olunsa, bu iş 3 ay uzanacaq''

''Karantin tədbirlərinə zəif əməl olunsa, bu iş 3 ay uzanacaq''

Tarix: 10 Aprel 2020 22:48

Tanınmış rusiyalı virusoloq hesab edir ki, karantin rejimində hazırda istənilən zəifləmə, nəzarətsizlik növbəti virus dalğasının alovlanmasına səbəb olacaq.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, virusoloq və immunoloq Pavel Volçkov müsahibəsində koronavirusa yoluxmanın azalması üçün lazım olanları sadalayıb:

"Hazırda başlıca məqsədimiz yoluxanların sayını azaltmağa və sıfıra endirməkdir. O gün ki, yoluxma sıfır olacaq, o zaman karantin tədbirlərini azatlmaq olar. Yalnız bir həftə yoluxma olmayandan sonra, karantini zəiflətmək barədə düşünə bilərik. Digər ölkələrlə sərhədlərin də bağlı olması da mütləqdir.

Mən komentini ləğv etməyin tərəfdarı deyiləm. İstənilən zəiflik infeksiyanın yeni dalğa ilə alovlanması deməkdir. Dövlət rəhbərlərini özəl sektor və biznes təzyiq altında qoya bilər. Amma inanın ki, bu yola girsək, bu iş 3 aydan da çox uzanacaq. Cəmi 1 ay ciddi karantinə səbr etməliyik. Sifır rəqəmi alana qədər.

Təbii seçimə buraxmaq olmaz,nə olar olar düşünən ölkələrin yolunu tutmamalıyıq. Sovet dövründən bizə tanış olan daha sərt qabaqlayıcı tədbirlər görməliyik".


Etiketlər:  Karantin tədbirlərinə zəif əməl olunsa uzanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ