Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 08:36
OPEK+ ölkələri yeni ikiillik razılaşmanın müddətini həm azalda, həm də uzada bilərlər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak "Rossiya-24" telekanalının efirində deyib.
A.Novak bildirib: "Bizim bu müddəti uzatmaq imkanımız olacaq. Bazarda vəziyyətin sürətli bərpa olunacağı təqdirdə biz bazarın bərpa edilməsi üzrə tədbirləri daha qısa müddətdə başa vurmaq üzrə qərar qəbul edə bilərik".
Onun sözlərinə görə, OPEK+ ölkələri yeni razılşmanın müddəti üzrə üç variantı müzakirə ediblər: "Bir, iki və üç il. Biz ikiillik müddət üzrə razılaşdıq".