Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün bu ərazilərin birdəfəlik ödəmə üçün qeydiyyatı başlayır

Bu gün bu ərazilərin birdəfəlik ödəmə üçün qeydiyyatı başlayır

Tarix: 11 Aprel 2020 09:36

Bakı. Trend:

Bu gün Bakı ərazisində Səbail, Xəzər, Pirallahı rayonları, bölgələrdə isə Ağdam, Füzuli, Mingəçevir, Bərdə, İmişli, Kürdəmir, Ağcabədi, Beyləqan, Saatlı, Ucar, Tərtər, Qobustan, Naftalan şəhər və rayonlarında elektron müraciət qaydası ilə işsiz şəxslərin elektron qaydada qeydiyyatlarına start veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, işsiz statusuna uyğun gələn şəxslər olduqları rayon (şəhər) üzrə www.e-sosial.az portalı vasitəsilə elektron qaydada müraciətlərini edə bilərlər. http://sosial.gov.az/post/3320

Bildirilib ki, 12 aprel tarixindən etibarən bu məhdudiyyət aradan qaldırılacaq.

İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon (şəhər) Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyata alınmaqla bağlı xüsusi karantin rejimi dövründə istənilən gün telefonla müraciət edə bilərlər. Rayon (şəhər) Məşğulluq Mərkəzlərinin telefon nömrələrini http://sosial.gov.az/laq-nomrlri linkinə daxil olmaqla öyrənmək olar.

Qeyd edək ki, artıq 2 gündür ki, 20 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.


Etiketlər:  gün ərazilərin birdəfəlik ödəmə üçün qeydiyyatı başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ