Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 12:00
İspaniyanında "Betis" klubunun qadın futbolçusu Ana Romero koronavirusla mübarizə məqsədilə peşəsini müvəqqəti dəyişib.
Qol.az-ın məlumatına görə, bu barədə 33 yaşlı hücumçu şəxsi "Instaqram" səhifəsində bildirib. İspaniyalı forvard xəstəxanada işləməyə başladığını yazıb: "Bu günlərdə koronavirusla mübarizədə öz köməyimi göstərə bildiyim üçün şadam. Bunu etməyin vaxtı çatıb. Evdə qalın!"
Qeyd edək ki, Ana Romero daha əvvəl İspaniyada "Valensiya", "Barselona" və "Sevilya" kimi komandalarda da çıxış edib.