Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa Liqasının final oyunu günü paytaxtda 1.500.000 sərnişin daşınıb (VİDEO)

Avropa Liqasının final oyunu günü paytaxtda 1.500.000 sərnişin daşınıb (VİDEO)

Tarix: 31 May 2019 14:12

Bakı. Samir Əli - Trend:

Bakıda keçirilən UEFA Avropa Liqasının Final Oyunu ilə əlaqədar nəzərdə tutulan nəqliyyat tədbirlərinin vaxtında və yüksək səviyyədə icrası məqsədilə Bakı Nəqliyyat Agentliyi 20-30 may tarixində xüsusi rejimdə fəaliyyət göstərib. Bu barədə Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumatda deyilir.

Həmçinin UEFA-nın təkliflərinə əsasən Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, Bakı Olimpiya Stadionu və final oyunu ilə bağlı şəhərin müxtəlif hissələrində təşkil edilən məntəqələri əlaqələndirən nəqliyyat planı hazırlanıb. Plana uyğun olaraq, qeyd edilən məntəqələr üzrə azarkeşlərin daşınması məqsədi ilə 6 ekspres marşrut xətti təşkil edilib.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanından azarkeşlərin daşınmasına mayın 27-dən start verilib. 3 gün ərzində müntəzəm və çarter reysləri ilə paytaxtımıza gələn azarkeşlərin daşınması təmin edilib.

Ümumilikdə oyundan əvvəl 145 avtobus cəlb edilməklə 17 min azarkeş (sərnişin) daşınıb.

Final qarşılaşması başa çatdıqdan sonra isə 450 avtobus cəlb edilməklə 28 min azarkeş (sərnişin) daşınıb.

Həmçinin, oyun günü gün ərzində paytaxtın müntəzəm marşrut xətləri üzrə 1.500.000 sərnişin daşınıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Avropa Liqasının final oyunu günü paytaxtda 1500000 sərnişin daşınıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ