Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mətanət İsgəndərli efirdə telefon nömrəsini yaydı

Mətanət İsgəndərli efirdə telefon nömrəsini yaydı

Tarix: 11 Aprel 2020 13:00

Əməkdar artist Mətanət İsgəndərli efirdə telefon nömrəsini yayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "Bizimləsən" verilişinə zəng edərək iş adamlarına səslənib:

"Nə qədər zəng gəlir, insanlar kömək istəyir. Mənim o qədər imkanm yoxdur hamıya yardım edim. Uzağı 50 ailəyə dəstək ola bilərəm. Rayonlardan zənglər gəlir, onlara pul göndərmişəm. Xalq imkanlı adamların, sahibkarların nömrəsini bilmir. Bizim nömrəmizi bilirlər və zəng edirlər.

Mənim telefon nömrəm 0502132626 - yardım etmək istəyənlər zəng etsin, səsimə səs versin. Tək bu qədər insana kömək edə bilmərəm. Özüm gedib marketə bazarlıq etdim, çıxanda nə qədər adam gəldi kömək istədi. Elə 10 ailənin payını orada payladım.

Sənət adamları toydan qazanır. Gedib boğazımız cırılana qədər oxuyuruq, gətiririk. Ailədə işləyən tək adamam. Bütün külfəti dolandırıram.

İmkanlı şəxslər, mənə dəstək olsunlar, lap bazarlığı özüm edib, aparıb verəcəm ailələrə".

Milli.Az


Etiketlər:  Mətanət İsgəndərli efirdə telefon nömrəsini yaydı


RƏYLƏR