Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paytaxtın bu ərazisində suyun verilişi dayandırılıb - AÇIQLAMA

Paytaxtın bu ərazisində suyun verilişi dayandırılıb - AÇIQLAMA

Tarix: 11 Aprel 2020 16:24

Bakının Yasamal rayonu ərazisində içməli suyun verilişi dayandırılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, vətəndaşlar tərəfindən daxil olan müraciətdə bildirilib ki, səhər saatlarından suyun verilişi dayandırılıb.

Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı əməkdaşımıza bildirib ki, sözügedən ərazidən keçən su borusunda qəza baş verib:

"Rayonun Yeni Yasamal yaşayış massivindən keçən su borusunda qəza baş verib. Sakinlərin müraciəti əsasında əraziyə dərhal qurumun qəza xidmətinin əməkdaşları cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbir görülür.

Mövcud vəziyyətlə əlaqədar Yasamal rayonu ərazisində içməli suyun verilişi dayandırılıb. Təxminən iki saat ərzində problem tam olaraq aradan qaldırılacaq. Əraziyə içməli suyun verilişi bərpa olunacaq".

Milli.Az


Etiketlər:  Paytaxtın bu ərazisində suyun verilişi dayandırılıb AÇIQLAMA


RƏYLƏR