Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tullantılar poliqonuna cavabdeh şəxs cəzalanıb

Tullantılar poliqonuna cavabdeh şəxs cəzalanıb

Tarix: 11 Aprel 2020 17:14

Sumqayıt şəhəri ərazisində tüstü və iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, araşdırma zamanı şəhərin inzibati ərazisində yerləşən məişət tullantıları poliqonunda baş verən yanğın səbəbindən ətrafa tüstü və iy-qoxunun yayıldığı məlum olub.

Poliqonda məişət tullantılarının idarə edilməsində qanunvericiliyin tələblərinin pozulduğu və tullantıların yanması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülmədiyi müəyyən edilib.

Faktla bağlı poliqonun icarədarı Qəhrəman Qəhrəmanov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3 min manat məbləğində cərimə olunub.

Belə halların baş verməməsi üçün cavabdeh şəxs Q.Qəhrəmanova icrası məcburi olan "məcburi göstəriş" verilib.


Etiketlər:  Tullantılar poliqonuna cavabdeh şəxs cəzalanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ