Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş infeksionist: Azərbaycanda koronavirusdan ölüm halları aşağı həddədir

Baş infeksionist: Azərbaycanda koronavirusdan ölüm halları aşağı həddədir

Tarix: 13 Aprel 2020 13:57

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda koronavirusdan ölüm halları digər ölkələrlə müqayisədə çox aşağı həddədir.

Bunu Trend-ə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə həm yoluxma, həm də ölüm sayı daha yüksəkdir:

“Azərbaycanda ölüm faizi təxminən 1 faizə bərabərdir. Bu da xeyli aşağı rəqəmdir. Hesablamalara görə, ağır vəziyyətdə olan xəstələrin 20 faizinin ölmə ehtimalı var”.

İnsanları məsuliyyətli olaraq, karantin qaydalarına əməl etməyə çağıran C.İsayev qeyd edib ki, bəzi şəxslər “bu xəstəlik mənə heç nə edə bilməz” deyərək qadağaları pozurlar:

“Çox təəssüf ki, bəzi şəxslər qadağanı pozurlar. Amma insanlar bilməlidirlər ki, qadağanı pozanlar öz yaxınları üçün təhlükə yaradırlar”.

Xatırladaq ki, ötən gün açıqlanan məlumata görə, ölkəmizdə indiyədək 1098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 250 nəfər müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 37 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


Etiketlər:  Baş infeksionist Azərbaycanda koronavirusdan ölüm halları aşağı həddədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ