Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kapitan ''Səbail''dən gedir: İlk təklif ''Keşlə''dən gəldi

Kapitan ''Səbail''dən gedir: İlk təklif ''Keşlə''dən gəldi

Tarix: 13 Aprel 2020 18:36

Mövsümün sonunda "Səbail"dən ayrılacaq daha bir futbolçunun adına aydınlıq gəlib.

Sonxeber.net Apasport.az-a istinadən xəbər verir ki, karyerasını başa vurmağa hazırlaşan Maykl Essyendən sonra digər yarımmüdafiəçi Rahid Əmirquliyev komandanı tərk etmək qərarına gəlib.

Buna səbəb paytaxt klubunun həm uğursuz çıxışı, həm də cari mövsüm yaşadığı maliyyə sıxıntısıdır. Kapitan özü də tez-tez açıqlamalarında vəziyyətin ürəkaçan olmadığını vurğulayırdı. 31 yaşlı orta sahə oyunçusu mövsümün sonunda yeni müqavilə bağlamayacağını artıq qətiləşdirib.

Onun bu qərarı verməsində digər məqam "Keşlə"dən aldığı təklifdir. Tərlan Əhmədovun ixtiyarında görmək istədiyi oyunçuya "Keşlə" "Səbail"də qazandığından daha yüksək maaş təklif edib. Üstəlik, bu komandanın avrokuboka yollanmaq şansının çox olması və oradan milliyə qayıtmaq ehtimalının yüksək olması Rahidin qərarına birbaşa təsir edə bilər. Sabiq "Xəzər Lənkəran"lı digər klublardan gələcək təklifləri də nəzərdən keçirməyi düşünür. Ancaq hazırkı durumda onun "Keşlə"yə keçmək variantı daha real görünür.

Qeyd edək ki, Rahid Əmirquliyev bu mövsüm Premyer Liqada 20 matçın hamısında iştirak edib. Onun "Səbail"lə müqavilə müddəti mövsümün sonuna qədərdir.


Etiketlər:  Kapitan Səbaildən gedir İlk təklif Keşlədən gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ