Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 21:10
Müğənni Samir Piriyev şəxsi həyatı ilə bağlı suallara əsəbiləşib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Ay Zaur" verilişində aparıcının "İki dəfə evlənmisən? Birinci yoldaşınla da münasibətin yaxşıdır" sualına cavab vermək istəməyib. O bildirib ki, bu haqda danışmağı düzgün hesab etmir:
"Yox... Bu haqda danışmaq istəmirəm. Yaxşı deyil, ikinci dəfə ailə qurmuşam. O söhbətə qayıtmaq istəmirəm. Düşmən kimi ayrılmamışam, amma ehtiyac yoxdur danışmağa. İlk nikahdan bir qızım var. İkinci evliliyimdən iki övladım olub. Uşaq anası ilə də qalır, bizlə də".
Samir ona "tənbəl" deyənlərə münasibət bildirib:
"İşləməkdən qorxan deyiləm. Nəyə qadir olduğumu bilirəm. Gözə girməkdən utanıram. Reallığa baxsaq Azərbaycan şou camiyəti toydan ibarətdir. Mən də o toy bazarında ilk üçlükdəyəm. Xalqın musiqi zövqünə gəldikdə isə... Bu, efirlərdən asılıdır".