Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 04:20
Bakı. Trend:
Son sutka ərzində Kanadada koronavirusa yoluxanların sayı 1 315 nəfər çox artaraq 25 680 nəfər təşkil edib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
Hazırda 437 mindən çox insan koronavirus üçün testdən keçib. Ən çox yoluxanlar Kvebek (13 557), Ontario (7 470) və Alberta (1 732) vilayətlərində aşkar olunub.
Kanadada koronavirusa yoluxmanın ilk hadisəsi 15 yanvar tarixində qeydə alınıb, bu günə qədər 780 xəstə ölüb, 7,7 mindən çox insan sağalıb. Yoluxma hadisələri Kanadanın 13 bölgəsindən 12-də qeydə alınıb. Nunavut arktik bölgəsi virusla toxunulmamış olaraq qalır.