Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 14:22
Hər bir idmançı özünü, bədənini tanıyır. Mən də keçmiş futbolçu kimi öz bədənimə bələdəm. Həmin andaca bunun normal qrip olmadığını, fərqli xəstəlik olduğunu anladım.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu fikirləri koronavirusdan yenicə sağalan "Milan"ın texniki direktoru Paolo Maldini deyib.
Virusa yoluxması barədə danışan veteran futbolçu həmin ərəfədə güclü ağrılar hiss etdiyini bildirib: "Bu, yeni virusdur. Orqanizminiz tanımadığı düşmənə qarşı mübarizə aparır. Xüsusilə sümük və əzələlərdə şiddətli ağrılar olurdu. Temperatur 38,5 dərəcədən artıq olmurdu. Müalicə dövründə yalnız parasetamol qəbul edirdim. Təngənəfəslik isə olmurdu".
İtaliya millisinin sabiq üzvü koronavirusa qalib gəlməyin yolunu da göstərib: "Virusu ən qısa zamanda məğlub etməliyik. Bunun yeganə yolu birlikdə hərəkət etmək və ancaq yaxşı şeylər düşünməkdir. Yalnız bu yolla gündəlik həyatımıza qayıda bilərik".
Qeyd edək ki, Paolo Maldini və "Milan"ın əvəzedici komandasında çıxış edən oğlu Daniel Maldini martın 22-də koronavirusa yoluxmuşdu. Daha sonra hər ikisi xəstəliyə qalib gəlib.