Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 16:08
"Evdə günümü daha çox "PlayStation" oynamaqla keçirirəm".
Sonxeber.net xəbər verir ki, bunu Oxu.az-a sərbəst güləş üzrə olimpiya və dünya çempionatı mükafatçısı, üçqat Avropa çempionu Cəbrayıl Həsənov deyib.
30 yaşlı idmançı karantin dövründə gördüyü işlərdən danışıb:
"PlayStation"da daha çox futbolu və "Blur" (maşın yarışları) oynayıram. Yusif peyğəmbərin həyatından bəhs edən seriala baxıram. Əvvəl izləmişdim. Maraqlı olduğu üçün yenidən tamaşa edirəm.
Oğlumu məşq etdirirəm. Neçə vaxtdır mənə deyirdi ki, onu idmana aparım. İndi evdə imkan yaranıb, ona güləşməyi öyrədirəm".
C.Həsənov karantin bitdikdən sonra idman həyatına qayıtmağın çətin olacağını da qeyd edib. Təcrübəli güləşçimiz bunu belə əsaslandırıb:
"Peşəkar idmançı üçün ev şəraitində məşq etmək çətindir. Bəlkə də indiyədək evdə bu qədər qalmamışdım. Əlbəttə, ailə ilə birlikdə olmaq yaxşıdır. Amma bundan sonra təlim-məşq toplanışları bizim üçün çətin olacaq. Çünki adam ailəyə öyrəşdi, toplanışlar darıxdırıcı gələ bilər".