Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 18:20
ARB TV-nin "Elgizlə İzlə" verilişində Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova ilə telefon bağlantısı qurulub.
Sonxeber.net xəbər verir ki, sənətçi karantin dönəmində aztəminatlı ailələrə ərzaq yardımları etdiyini deyib:
"Dünən axşama qədər Moskva şəhərində 895 ailəyə ərzaq göndərmişik. Vicdanı olan insanlar üzdədir. Millətini, xalqını sevənlər ortadadır. Sevməyənlər də evlərində otururlar. 300-ə yaxın ailəyə şəxsən yoldaşımla birgə özümüz yardım etmişik. Burada çoxlu sayda xəstələrimiz var. Gəlin əl-ələ verək, yardım edək. Çox çətin vəziyyətdəyik. Gəlin, bir-birimizi qeydinə qalaq. Acınacaqlı durumdayıq".