Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Süni intellekt marketinq mənzərəsini necə dəyişir?

Süni intellekt marketinq mənzərəsini necə dəyişir?

Tarix: 14 Aprel 2020 21:20

"Deloitte" şirkətinin məlumatına əsasən, kompaniyaların təxminən 50%-i marketinq işlərində süni intellektdən istifadə edir.

Bu gün süni intellekt istifadəçi kontentini tapır, təhlil edir, müştərilərlə ünsiyyət qurur. Artıq on illərdir ki, marketoloqlar auditoriyanı tanımağa və onların üstünlük verdikləri məhsulu öyrənməyə çalışır. Qloballaşan era və sürətlənən inkişaf dövründə marketoloqların əlində neyro şəbəkədən ibarət effektli alət - üz və səs tanıma sistemi, məlumatları emal edən böyük datalar var. Ətrafa baxın, dinamik taksi qiymətləri, sosial şəbəkələrdə dəqiq hədəflənmiş reklam, Apple Music-dəki smart çalğı siyahısı və Netflix-də tövsiyə olunan TV şoularının seçimi, bankdakı chat botlar, virtual yaşayış yerləri və mağazalarda onlayn kassalar.

Biz artıq süni intellektin marketinqə nüfuz etdiyi epoxada yaşayırıq. Bu alqoritmlər hər gün daha da inkişaf edir.

Bu gün innovasiyanın böyük bir qismi fərdiləşdirmə ətrafında qurulub. Məsələn, Amerikada yerləşən və dünyaca məşhur olan Kroger marketinq şəbəkəsini nümunə çəkək.

Burada süni intellekt müştərinin aldığı əşyaları izləyir və onların elektron poçt ünvanlarına fərdi endirim kuponları göndərir.

Şirkətin məlumatına görə, bazarın orta göstəricisi 3,7% olmasına baxmayaraq, nəticədə bu kuponlardan əldə olunan gəlir 70%-ə çatır.

Digər bir nümunə Böyük Britaniyanın onlayn pərakəndə satış geyim mağazası olan ASOS-u göstərmək olar. Bu şəbəkə süni intellekt sayəsində "Saxlanılanlar" bölməsinin funksionallığını olduqca genişləndirib. İstifadəçilər bəyəndikləri geyim və ya aksesuara ayrı-ayrı çeşiddə baxa bilirlər. Bu üsulla şirkət müştərilərin hansı məhsulu bəyəndiyini təyin edib, onlara daha uyğun kontent təklif etdi.

Fərdiləşmənin inkişafı ilə hədəf reklamları təkmilləşdirilir, məsləhət seçimləri çoxalır, səs köməkçiləri və Chat botların sayı artır.

McKinsey proqnozuna əsasən, marketinq sektorunda süni intellektin sayəsində əldə olunan gəlir 1,4-2,6 trilyon dollara çatacaq.

Şirkətlər süni intellektdən, həm fərdiləşmədə, həm də unikal kontent yaratmaq üçün istifadə edir. Bir sözlə, süni intellekt marketoloqların üzərinə düşən işlərin böyük əksəriyyətini öhdəsinə götürür. Artıq alqoritmlər satış xarakterli mətnlər yazır, video çarxlar, həmçinin reklam materiallarını hazırlayır. Məsələn, alqoritmli kopirayterə bir nümunə göstərək. Chase Bankı Persado süni intellekt xidmətindən istifadə edir. Bu xidmət vasitəsilə reklam sloqanlarını yazmaq mümkündür. Maraqlısı isə budur ki, alqoritmin yazdığı reklam çağırışları insanların hazırladığı sloqanlardan daha da effektli olur və çoxlu sayda müştəri cəlb edir.


Etiketlər:  Süni intellekt marketinq mənzərəsini necə dəyişir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ