Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bərdədə yanan bir neçə obyekt söndürülüb

Bərdədə yanan bir neçə obyekt söndürülüb

Tarix: 15 Aprel 2020 08:08

Bərdə rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Sonxeber.net-a verilən məlumata görə, rayonun Həsənqaya kəndində ümumi sahəsi 420 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərin (çörəkbişirmə sexi, avtoyuma və qaynaq sexi) lambirindən ibarət tavanı və taxta konstruksiyalardan ibarət çardağı 150 m² sahədə, qaynaq sexində "Mercedes" markalı mikroavtobusun yanar hissələri yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Etiketlər:  Bərdədə yanan neçə obyekt söndürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ