Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Santyaqo Bernabeu'' üçün 570 milyon avro

''Santyaqo Bernabeu'' üçün 570 milyon avro

Tarix: 15 Aprel 2020 12:12

Koronavirus pandemiyasının İspaniyada geniş yayılmasına baxmayaraq, "Real" "Santyaqo Bernabeu"da yenidənqurma işlərini davam etdirəcək.

Qol.az “Daily Mail”ə istinadən xəbər verir ki, Madrid klubu bunun üçün paytaxt bələdiyyəsindən rəsmi icazə alıb.

Klubun yenidənqurma işlərinə 570 milyon avro ayırdığı bildirilir. Yenidənqurmadan sonra stadionda 360 dərəcə dönə bilən video ekran olacağı və arenaya açılıb-bağlana bilən dam örtüyü quraşdırılacağı da qeyd olunub. Azarkeş tutumu isə 80 min 242 olacaq. Stadionun 2022-ci ilin oktyabr ayında tam hazır olması gözlənilir.

Qeyd edək ki, sonuncu dəfə 2001-ci ildə yenidənqurma aparılan "Santyaqo Bernabeu" hazırda 81 min 44 azarkeş tutumuna malikdir.
 


Etiketlər:  Santyaqo Bernabeu üçün milyon avro


RƏYLƏR