Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TAP AG konsorsiumu koronavirusla mübarizə məqsədilə üç ölkəyə yardım edəcək

TAP AG konsorsiumu koronavirusla mübarizə məqsədilə üç ölkəyə yardım edəcək

Tarix: 15 Aprel 2020 12:16

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəmərinin (TAP) tikinitisi ilə məşğul olan TAP AG konsorsiumu koronavirusla mübarizə məqsədilə Yunanıstan, Albaniya və İtaliyaya 1,5 milyon avro vəsait ayırıb.

Trend bu barədə konsorsiuma istinadən məumat verir.

Məlumatda qeyd olunur ki, hər ölkəyə 500 min avro ayrılıb. TAP AG-nin icraçı direktoru Luka Skyeppati bildirib ki, bu məbləğ xüsusi xəstəxana avadalığının, şəxsi müdafiə vasitələri və dərmanların tədarükünə xərclənəcək:

"TAP AG konsorsiumu üçün insanların təhlükəsizliyi və sağlamlığı birinci yerdədir. Biz hadisələrin gedişatını diqqətlə izləyirik və virusun yayılmasının qarşısının alınması üçün əlimizdən gələni edirik".

L.Skyeppati əlavə edib ki, TAP AG səhiyyə orqanları ilə sıx əməkdaşlıq edir.


Etiketlər:  konsorsiumu koronavirusla mübarizə məqsədilə üç ölkəyə yardım edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ