Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koutinyo ilə Kante dəyişdirilir

Koutinyo ilə Kante dəyişdirilir

Tarix: 15 Aprel 2020 14:26

"Barselona" və "Çelsi" koronavirus pandemiyası səbəbiylə maddi çətinliklər yayşayır.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu səbəbdən də komandalar transfer dönəmində qarşılıqlı anlaşmaya gedə bilər

Məlumata görə, Kataloniya klubu London təmsilçisinə  Filipp Koutinyo ilə Nqolo Kanteni dəyişməyi təklif edib. Hər iki oyunçunun da qiyməti təxminən eynidir - 70 milyon avro.

"Çelsi" 29 yaşlı fransalının yanvardan sonrakı çıxışından narazıdır. İcarə əsasında "Bavariya"da çıxış edən Koutinyo isə Münhen klubundan ayrılacaq.  Braziliyalının da bu təklifə müsbət yanaşdığı qeyd edilir.

Milli.Az


Etiketlər:  Koutinyo ilə Kante dəyişdirilir


RƏYLƏR