Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“10 nömrəli formanı Aquero üçün saxlamışıq”

“10 nömrəli formanı Aquero üçün saxlamışıq”

Tarix: 15 Aprel 2020 19:56

Argentinanın "İndependyente" klubunun baş məşqçisi Lukas Pusineri "Mançester Siti"dən Serxio Aqueronun komandaya transfer edilməsini istəyir.

Sonxeber.net komanda.az-a istinadən xəbər verir ki, bu barədə 43 yaşlı mütəxəssis "goal.com"a danışıb:

"Aqueronun məşqçisi olmaq istəyirəm. Onunla birlikdə futbol oynamışam, inşallah, məşqçisi də olacam. 10 nömrəli formanı Aquero üçün saxlamışıq.

Çox şey onun öz istəyindən asılıdır. Onun qayıdışı azarkeşlər üçün də böyük bir sevinc olar".

"Mançester Siti" ilə 2021-ci ilin yayına qədər müqaviləsi olan Aquero, karyerasını yetirməsi olduğu "İndependyente" klubunda bitirmək istədiyini demişdi.

Aquero və Pusineri 2004-2006-cı illər aralığında "İndependente"də çıxış edib.


Etiketlər:  nömrəli formanı Aquero üçün saxlamışıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ